XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2017 - 13:51

Gürcüstanda Silahlı Qüvvələr Günüqeyd edilir

Bu gün Gürcüstan Silahlı Qüvvələrinin yaradılmasının 26-cı ildönümü qeyd edilir.

Gürcüstan Silahlı Qüvvələri Ali Sovetin qərarı ilə 1990-cı ildə Gürcüstan Daxili İşlər Nazirliyinin tərkibindən Daxili Qoşunların çıxarılması və Milli Qvardiyanın formalaşdırılması ilə yaradılıb.

Artıq 1991-ci il aprelin 24-də isə Nazirlər Kabineti Gürcüstan ordusuna ilk çağırış barədə qərar verib və çağırış prosesi həmin il aprelin 30-da başlayıb. Məhz bu tarix Gürcüstan ordusunun əsasının qoyulduğu gün kimi qeyd olunur.

Hazırda Gürcüstan ordusunun şəxsi heyəti 37 min nəfərdir.  (APA)