XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 17:16

Mey Aİ ilə Brexit üzrə danışıqların ağır olacağınıbəyan edib

Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqından çıxması ilə bağlı bu qurumla danışıqların ağır olacağını bildirib.

Avropa İttifaqı liderləri dünən Böyük Britaniya ilə Brexit üzrə danışıqların vahid strategiya əsasında və  sərt aparılmasını dəstəkləyiblər.

Eyni zamanda britaniyalılara Avropa İttifaqı bazarına çıxışla bağlı yeni münasibətlərin tezliklə qurulacağına dair illüziyalara qapılmamaq tövsiyə edilib. T. Mey isə deyib ki, bütün bunlar Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqların sərt keçəcəyini göstərir. Eyni zamanda Böyük Britaniyanın baş naziri Brüsselin təklifləri xoşuna gəlməyəcəyi halda danışıqları razılaşma əldə olunmadan dayandıracağını da vurğulayıb.

Brexit üzrə danışıqların iyunun 8-dən tez başlayacağı gözlənilmir. İyunun 8-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Avropa Komissiyasının planına əsasən, Böyük Britaniya Brexit üzrə danışıqların başa çatmasından sonra 2019-cu ilin martında Avropa İttifaqını tərk etməlidir. (APA)