XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 18:51

Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb –FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat barədə operativ məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, gün ərzində 1 867 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 48 400 kv.m ərazi (3 024 kv.m əl ilə, 13 800 kv.m mexaniki üsulla və 31 576 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.  (APA)