XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2017 - 22:43

“Shamkir Chess 2017”nin qalibimüəyyənləşib

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə keçirilən yarışın qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov olub.

“Şah” 10 turdan sonra 5.5 xalla hər kəsi qabaqlayıb.

Turnirin reytinq favoriti Uesli So, bolqar Veselin Topalov və rusiyalı Vladimir Kramnik 5 xalla 2-ci 4-cü yerləri bölüşüblər.

Qeyd edək ki, yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov turniri 4 xalla 8-ci pillədə başa vurub. (APA)