ABŞ prezidenti Donald Tramp Tailandın baş naziri Prayut Çanoça və Sinqapurun baş naziri Li Syan Lunu Ağ Evə dəvət edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ lideri hər iki hökumət başçısı ilə telefon danışığı aparıb.
Ehtimala görə, Vaşinqtonda baş tutacaq görüşlərdə Koreya yarımadasında yaranmış vəziyyət müzakirə ediləcək.