XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

01 May 2017 - 01:17

Bu gün avtomobillərə qadağa qüvvəyə minir –Qaydanı pozan 40 manat cərimələnəcək

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mayın 1-dən Bakıda “Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı qadağa qüvvəyə minəcək.

Qadağa mayın 1-dən 25-dək qüvvədə olacaq. Sarı xətlə müəyyənləşdirilmiş zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri və digər operativ nəqliyyat vasitələri buraxılacaq.

"Oyunlar zolağı”nın əhatələdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.

Qadağan edilmiş zolağa daxil olan sürücülər 40 manat cərimə olunacaq.