XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 12:52

İsveçdə “İmam Əli” məscidi yandırılıb –Binanın 50 faizinə zərər dəyib

İsveçin Yerfella şəhərində yerləşən “İmam Əli” məscidində yanğın olub.

 Bu barədə İsveçin SVT televiziyası xəbər yayıb. Hadisə ötən gün baş verib.

 Stokholm polisinin nümayəndəsi Lars Bistremin dediyinə görə, yanğının məscidin bayır tərəfindən törədildiyi ehtimal edilir. Yanğınla bağlı məlumat gecə saatlarında daxil olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Bildirilir ki, məsciddə 3 mindən çox kitab olan kitabxana yerləşir. Kitabların yanması barədə hələlik məlumat yoxdur. İlkin proqnozlara əsasən məscid binasının 30-50 faizi zərər görüb.

 Qeyd edək ki, “İmam Əli” ölkənin ən böyük şiə məscidi sayılır.