XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 12:00

İslam Həmrəylik Oyunlarının keçirilmə tarixi dəqiqləşdi

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının (İslamiada) tarixi dəqiqləşib. 

Bu barədə məlumatı Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında verib.

İslam Həmrəylik İdman Federasiyasında da vitse-prezident vəzifəsini icra edən Hüseynzadə bildirib ki, mayın 12-də start götürəcək yarış 10 çəkəcək və ayın 22-də başa çatacaq.

Vitse-prezident 20 idman növü üzrə keçiriləcək yarışın paytaxtın 14 məkanında baş tutacağını söyləyib. Belə ki, Oyunlar Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və s. idman qurğularında təşkil olunacaq Oyunlarda idman növləri üzrə cədvəl də tərtib edilib.

Bakıda keçirilən İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasının iclasında Atletlər və Media kəndlərində yaradılan şərait, həmçinin təhlükəsizlik, nəqliyyat və bir sıra məsələlərlə bağlı müzakirələr də aparılıb.

Qeyd edək ki, tədbirdə 40-dan çox ölkənin 90-a qədər nümayəndəsi iştirak edib(APA).