XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 16:56

Bloklanmış saytlarla bağlı məhkəmə olub :“Nazirliyin nə istədiyi bəlli deyil” –VƏKİL

Səbayel rayon məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı verilişinin yerləşdirildiyi internet ehtiyatlarının bloklanması iddiası ilə məhkəmə prosesi davam etdirilib.

Növbəti proses martın 3-ü keçiriləcək.

"Konkret sənədlər təqdim edildi. Nazirliyin nə istədiyi bəlli deyil, bütün proses boyu Baş Prokurorluğa istinad etdi", -deyə Azadlıq qəzeti və Azadlıq.info saytının nümayəndəsi, hüquqşünas Səməd Rəhimli BBC Azərbaycancaya deyib.

Səməd Rəhimli iddiaları "əsassız" adlandıraraq linqivistik ekspertiza ilə bağlı vəsatət verildiyini deyib. Məhkəmə qarşısında hüquq müdafiəçiləri, xarici səfirliklərin nümayəndələr və vətəndaşlar toplanıb.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiasına əsasən keçirilir.