XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 13:37

“MTN-ə siyasətçi rəhbərlik etməlidir…” – Sabiq nazir müavini

“MTN-də kadr dəyişikliyi etməklə hər hansı bir müsbət nəticə əldə etmək mümkün deyil”.

Strateq.az xəbər verir ki, bu sözləri Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər son iki həftə ərzində MTN-də həyata keçirilən həbslərlə müşaiyət olunan kadr dəyişikliklərini Pia.az-a-a şərh edərkən bildirib.
 
Sülhəddin Əkbər mövzu ilə bağlı açıqlamasında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinə milli təhlükəsizlik sahəsi üzrə mütəxəssis və yaxud da siyasətçi rəhbərlik etməlidir: “MTN-də baş verən dəyişikliklər yanlız o zaman müsbət nəticə verə bilər ki, bütün ölkədə köklü demokratik islahatlar aparılsın. O cümlədən də, MTN daxilində islahatlar aparılsın. Əks təqdirdə, orada kadr dəyişikliyi etməklə hər hansı bir müsbət nəticə əldə etmək mümkün deyil. 
 
Ola bilsin ki, müəyyən müsbət nəticələr olsun, amma bu elə də köklü dəyişikliklərə gətirib çıxara bilməz. MTN Azərbaycan Respublikasının orqanlarından yalnız biridir və bütövlükdə sistemdə demokratik islahatlar aparılmadan, korrupsiyaya son qoyulmadan, demokratik dəyərlərə dayanan siyasət yürütmədən hər hansısa köklü dəyişikliyə nail olmaq mümkün deyil”.
 
Sülhəddin Əkbər həmçinin ölkə prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsinz təyin olunan Mədət Quliyevin MTN kimi strateji bir quruma rəhbərlik etmək üçün yetərli dərərcədə peşəkarlığı ilə bağlı öz fikirlərini bildirib: “Mən, Mədət Quliyevi demək olar ki, tanımıram. Uzun müddət bundan öncə, yəni 1991-ci ilin əvvələrində tanışlığım olub, amma bir yerdə işləməmişik. Ona görə də onun peşəkarlığı barədə bir söz deyə bilmərəm. Amma mən həmişə o fikirdə olmuşam ki, Milli Təhlükəsizlik Nazirliyinə milli təhlükəsizlik sahəsi üzrə mütəxəssis və yaxud da siyasətçi rəhbərlik etməlidir. çünki orada köklü islahatlara ehtiyac var. Bunun üçün də, ölkədə bütövlükdə demokratik, siyasi, iqtisadi, müdafiə təhlükəsizliyi sahəsində islahatlara ehtiyac olduğunu düşünürəm. Əgər bir struktur əyri qurulubsa, onun rəhbərliyinə kimin gətirilməsinin xeyri yoxdur”.