XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2017 - 12:42

Sabiq nazirə “Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” beynəlxalq adı verilib –Açıqlama

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərova “Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” beynəlxalq adı verilib.

Bu barədə Strateq.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türklərin yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılan beynəlxalq elmi təşkilatdır. 

Akademiya dünyanın 30-dan çox ölkəsinin tanınmış universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və digər qurumları ilə qarşılıqlı əməkdaşlıq edir.

Onu da qeyd edək ki, Ə.Ələkbərov 1999-2006-cı illərdə Azərbaycan Respublikasının Maliyyə naziri vəzifəsində işləyib.