XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2015 - 15:18

Müdafiə naziri Qazaxstanın hərbi zavodunda olub – FOTOLAR

 

zakir qaz02.jpg

Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 4-də bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering” ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.

Sonra Azərbaycan Respublikasının müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada general-polkovnik Z.Həsənov hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub.

Müdafiə naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və manelər zolağının dəf edilməsi məşqlərini də izləyib.

Azərbaycanın müdafiə nazirinin Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.

zakir qaz.jpg

 

zakir qaz03.jpg