Milli Məclisin iclasında "Azərbaycan Hökuməti ilə Latviya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" saziş də təsdiq edilib.
Həmçinin "Diplomatik xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə də səsə qoyulub və qəbul edilib. "Pasportlar haqqında" qanuna dəyişiklik də qəbul olunub.
Qeyd edək ki, müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev maraqlı təklif səsləndirib.
O deyib ki, deputatların xanımlarına diplomatik pasport verilməlidir.
Modern.az