Gəncədən Bakiya gələn sərnişin avtobusu qəza törədib. Kəpəz TV xəbər verir ki, qəza bu axşam saat 20:00 radələrində Gəncə-Bakı yolunda baş verib.
Goranboy sakini 62 yaşlı Saday Əliyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Bakı istiqamətinə hərəkət edərkən anidən qarşısına at çıxıb və sürücü idarəetməni itirib.
Bu zaman nəqliyyat vasitəsinin arxasında yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtobus onu arxadan vurub.
Bakı sakini 33 yaşlı İlkin Cənnətovun idarə etdiyi avtobusa qismən ziyan dəysə də, “Hyundai Sonata” tam yararsız hala düşüb.
Bundan başqa, avtomobildə olan sərnişin – 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralının şəxsiyyəti məlum deyil(trend).