XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 15:49

“AZAL” futbol klubu rəsmən ləğv olundu –Bəyanat

2005-ci ildə qurulan AZAL futbol klubu bu gün rəsmən ləğv olunduğunu açıqlayıb.

Bu barədə Strateq.az-a daxil olan klubun bəyanatını təqdim edirik:

""AZAL Peşəkar Futbol Klubu da öz növbəsində yarandıgı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət edib. Bu məqsədlə klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub.

Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, Klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli Klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur.

AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək".