«Real Madrid»in ulduz oyunçusu Kriştianu Ronaldo dünyanın ən kök adamı olan Andres Morenoya əməliyyat öncəsi dəstək olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo çəkisi 435 kiloqram olan meksikalı Morenoya arıqlama əməliyyatı ərəfəsində öz futbol köynəyini göndərib.
37 yaşlı Andres Moreno doğulandan bəri maddələr mübadiləsinin pozulmasına görə artıq çəkidən əziyyət çəkir. Piylənmə onun orqanizmində bir neçə başqa xəstəliyin də yaranmasına səbəb olub.