XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 11:19

Prezident sərəncam verdi – Təhsil naziri baş nazir postuna gətirildi

Rumıniyada baş nazir Viktor Pontanın istefasından sonra baş nazir postuna təyinat olub. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Klaus Yoxannisin sərəncamı ilə ölkənin təhsil naziri Sorin Kımpyanu baş nazir vəzifəsini icra edəcək. Lakin o, bu postu müvəqqti – yeni baş nazirin təyinatına qədər tutacaq. 

Oktyabrın 3-dən Rumıniyanın paytaxtı Buxarestdə etirazlar başlayıb. Əhali bir neçə gün əvvəl paytaxtdakı gecə klubunda yanğın zamanı 30-dan artıq insanın həyatını itirməsinə görə hökumətin məsuliyyət daşımalı olduğunu bəyan edir. Belə ki, faciənin baş verdiyi məkan lisenziyasız faəliyyət göstəribmiş. 

Uzun müddətdən bəri rüşvət və korrupsiya ittihamlarına görə istefası tələb olunan baş nazir Ponta dirəniş göstərirdi və yalnız son insidentdən sonra istefaya getməyə qərar verdi. 

Pontanın istefası ilə kifayətlənməyən etirazçılar növbədənkənar seçkilərin keçirilməsini və siyasi islahatların aparılmasını tələb edirlər.