XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2017 - 19:57

Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olanvəzifəli şəxslərin siyahısı təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185 – 188, 253-1.1, 325.1, 326, 379, 394-1, 413 (audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə), 428.7, 451 (audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə), 459-1, 517-1, 552, 592-1, 602.3, 602-1.1 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məlumatların lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə münasibətdə) və 602-1.4-cü (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tədbirlərin görülməməsinə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Fərmanla təsdiq edilən Siyahının 1 – 27, 29 – 62 və 64 – 74-cü hissələrində nəzərdə tutulmuş mərkəzi və yerli icra hakimiyyəti orqanları həmin hissələrdəki vəzifələrə uyğun olaraq rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərinin siyahılarını (müvafiq struktur bölmələrinin adları göstərilməklə) iki ay müddətində təsdiq edib öz internet səhifələrində yerləşdirməlidirlər.