XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2015 - 12:30

Avropa Məhkəməsi Tofiq Yaqublu ilə bağlı qərar verib

tofiq yaqublu.jpg

 

Avropa İnsan Haqları Məhkəməsi bu gün həbsdə olan Müsavat başqanının müvini Tofiq Yaqublu ilə bağlı qərar qəbul edib.

Bu haqda  Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Məhkəmə Beynəlxalq İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin – azadlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Tofiq Yaqublu dərhal azad edilməli, ona təzminat olaraq 24 000 avro ödənilməlidir.

Qeyd edək ki, Tofiq Yaqublu 2013-cü ildə qanunsuz olaraq həbs edilmişdi, onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı. (musavat.com)

Onu da qeyd edək ki, bu, Nemət Kərimlinin Avropa Məhkəməsinə çıxardığı ilk iş idi.