Azərbaycanda WhatsApp proqramının fəaliyyəti 03.05.2017-ci il tarixi saat 23:25 radələrindən etibarən dayanıb.
Enter.News saytı bununla bağlı müvafiq dövlət qurumlarından hər hansı bir açıqlama almağa çalışsa da, gecə saatları olduğundan buna rəsmi cavab öyrənmək mümkün olmadı.
Qeyd edək ki, Azərbaycanda hazırda WhatsApp proqramından 6 milyondan çox insan istifadə edir.