XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2017 - 11:24

Tanınmış hüquqşünas Kreditorlar Komitəsinin sədri seçildi –“Bank Standard” QSC-də

Tanınmış hüquqşünas, “Antikollektor” MMC-nin direktoru Əkrəm Həsənov ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri seçilib.

Bu barədə onun özü "Report"a məlumat verib.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı qərar Komitənin ötən gün keçirilmiş II iclasında qəbul edilib: “Komitə üzvləri mənim namizədliyimi irəli sürdü. Bir nəfər bitərəf istisna olmaqla, digər bütün üzvlər, banka qarşı iri tələbləri olan şirkətlər də lehimə səs verdi və mən Komitənin sədri seçildim”.

Ə.Həsənov onu da bildirib ki, Kreditorlar Komitəsinin növbəti iclası mayın 24-də, saat 15:00-da keçiriləcək.