XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 11:32

Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft 2017”-nin qalibləri olublar –FOTOLAR

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə komandası “Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qalib olub.

BANM-dən Strateq.az-a verilən məlumata görə, komanda Kiyevdə (Ukrayna) keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıb. Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.

 Azərbaycanın Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin və “Yüksək Texnologiya Parkı” dəstəyi, Microsoft Azərbaycan və Nar Mobile şirkətlərinin təşkil etdiyi müsabiqədə “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimli və Şamil Ömərov və “Neft-qaz mühəndisliyi”i xtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova birinci yerin qalibi olublar.

“Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən irimiqyaslı innovasiya müsabiqəsidir.

Azərbaycanda sözügedən müsabiqə artıq üçüncü dəfə təşkil olunur. Müsabiqədə iştirak edənlər “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlayıblar.