Bakı Metropoliteninin işçiləri təltif olundu – SƏRƏNCAM
Bu gün Prezident İlham Əliyev Bakı Metropoliteninin işçiləri haqda da sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd oğlu İsmayılova “Əməkdar mühəndis” fəxri adı verilib.
Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin bir qrup işçisi isə “Tərəqqi” medalı ilə təltif olunub:
Arslanbekov Ebazer Şevketoviç
Dəmirov Camal Abdulsəməd oğlu
Eyubov Şaiq Veys oğlu
Gülməmmədov Məcid Xəlil oğlu
Hüseynov Vüsal Təvəkkül oğlu
Mirzəyev Söhrab Ağamirzə oğlu
Şikarov Ramiz Şükür oğlu
Tağıyev Kərəm Qələndər oğlu.