XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 19:01

Millimizin baş məşqçisi xəstəxanaya düşdü – Prosineçkinin səhhətində problem yarandı
 
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb.
 
Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün səhər saatlarında Bakıdakı klinikalardan birinə üz tutub.
 
Klinikadan çalışdırıcının uroloji problemlərinin olduğunu bildiriblər. Növbətçi həkimin qeyd edib ki, Prosineçkinin vəziyyəti artıq normaldı və sərbəst gəzə bilir. Bununla belə, məşqçinin gecə klinikada qalacağı məsləhət görülüb.
 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində bildirib ki, Prosineçki ilə mütəmadi əlaqə saxlayırlar və hazırda onun səhhətində ciddi problem yoxdu.