XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 18:20

Rusiyada helikopter qəzaya uğrayıb –3 nəfər ölüb

Rusiyada “Robinson” xilasedici helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

TASS xəbər verir ki, hadisə Başqırdıstanda baş verib. 

İnformasiyaya əsasən, helikopterdə olanlar İnzer-Beloretsk rayonunda meşə yanğınını müşahidə edirmiş. Məlumata görə, helikopterin göyərtəsində bir pilot və iki yanğınsöndürən olub.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, “Robinson” Rusiyanın “Layt eyr” özəl şirkətinə məxsusdur/Report.