XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 19:42

NATO baş katibinin müavini:"Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır" 

"Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır". 

Bunu jurnalistlərə açıqlamasında NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem bildirib.   

O, ilk dəfə olaraq bu vəzifədə Azərbaycana səfər etdiyini deyərək, bundan çox məmnun olduğunu vurğulayıb.

T.İldem sabah Bakıda rəsmi açılışı nəzərdə tutulan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. 

O, həmçinin Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" sülhməramlı missiyasında iştirakını da yüksək qiymətləndirib/Report.