XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2017 - 19:59

Oqtay Əsədov Britaniya Lordlar Palatasının üzvünü qəbul edib –Parlamentdə görüş

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Böyük Britaniya Lordlar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini baronessa Zahida Manzurla görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, Z. Manzurun Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. 

"Siz səfər çərçivəsində 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da iştirak edəcəksiniz. Forum çərçivəsində təşkil edilmiş xüsusi parlament panelində çıxışınız nəzərdə tutulub”, – deyə, o, vurğulayıb.

Milli Məclisin sədri qeyd edib ki, belə səfərlər və görüşlər dost və tərəfdaş ölkələr olan Azərbaycanla Böyük Britaniya arasındakı parlamentlərarası və digər sahələrdə münasibətlərin inkişafına öz müsbət töhfəsini verir: "Biz bu tendensiyanın gələcəkdə də davam etdirilməsini arzulayırıq”. 

Z. Manzur isə Azərbaycan xalqının yaxın dostu olmaqdan və ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Qonaq ölkəmizin Böyük Britaniyadakı səfirliyi ilə yaxından əməkdaşlıq etdiklərini qeyd edib və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.  

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.