XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 21:00

“Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar” –Səfir

“Azərbaycanla İsrail arasındakı əlaqələr mükəmməldir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O bildirib ki, insanlar arasında təmaslar intensiv xarakter daşıyır: “Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar. Onlar burada cəmiyyətin bir hissəsi kimi yaşayırlar”.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə səfir deyib ki, bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır: “İsrail Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik”.

APA