XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2017 - 01:23

Bakının avtomobil yollarında xüsusi zolaqlarda hərəkət bu gündənməhdudlaşdırılır

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı avtomobil yollarında xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı qadağa bu gündən qüvvəyə minib.

 IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Bakıda hərəkət zolaqları tətbiq olunan küçə və prospektlər aşağıdakılardır:

Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesi. (APA)