XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 18:13

İran və “altılıq” nüvə proqramı üzrə razılığa gəldi

Sazişin monitoriqləri on il müddətində həyata keçiriləcək

Глава МИД Ирана Джавад Зариф после переговоров по ядерной программе Ирана в Лозанне

“Altılıq” və İran nüvə proqramı üzrə, nəhayət, razılığa gəlib.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, İran uranın zənginləşdirilməsi üzrə indiki gücünün üçdə ikisini dayandıracaq.

Məlumatda qeyd olunur ki, bu sazişin monitoriqləri on il müddətində həyata keçiriləcək.

Bundan başqa, İran zənginləşdirlmiş uran ehtiyatlarının böyük hissəsini ya zəiflədəcək, ya da xaricə göndərəcək.

Sazişin başqa bir bəndi Tehranın sentrifuqaların sayını 19 mindən 6 minədək azaltmasını nəzərdə tutur.

Xeyli illərdir ki, İranın nnüvə proqramına görə Qərb ölkələrinin ona qarşı sanksiyaları fəaliyyətdədir. Qərb şübhələnir ki, Tehran dinc atom proqramı pərdəsi altında nüvə silahı hazırlayır.

İnformasiya agentliklərinə düşən bu xəbəri ölkənin Xarici İşlər naziri Cavad Zərif də öz tvitter səhifəsində təsdiqləyib. Paylaşdığı tvittdə “həll yolu tapıldı. Layihə üzərində çalışmağa hazırıq” yazan nazirin bu bəyanını Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali təmsilçisi Federika Mogerini də təsdiqləyib. Avropalı diplomat öz tvitter-açıqlamasında Cavad Zərif ilə birgə mətbuat konfransı keçirəcəklərini və yaxşı xəbərlərin olacağı müjdəsini verib.

Xatırladaq ki, İranla müzakirələr BMT Təklükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (5+1) arasında aparılırdı. Müzakirələrdə tıxanmanın əsasən iki məsələ ətrafında yarandığı bildirilirdi. Əvvəla, 5+1 ölkələri rəsmi Tehrandan nüvə çalışmalarını 10 il müddətinə dayandırmağı, sonrakı 5 il ərzində isə tədricən bu prosesə başlamağı tələb edirdi. Fəqət İran 10 il müddətin çox olduğunu və sonrakı mərhələdə isə bütün məhdudiyyətlərin götürülməsi fikrini irəli sürürdü.

Uzun müzakirələrə səbəb olan digər məsələ qonşu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvində düyünlənmişdi. 5+1 ölkələrinə görə, sankisiyalar tamamilə ləğv olunmamalı, ona sadəsə müəyyən ara verilməliydi. İranın bu anlaşmalara əməl etməyəcəyi təqdirdə, ona qarşı sanksiyalar yenidən tətbiq oluna bilərdi. Rəsmi Tehran bu fikri də yaxına buraxmır, sanksiyaların hamısının qeydsiz-şərtsiz ortadan qaldırılmasını istəyirdi.

Xeyli gərgin keçən müzakirələrdə razılığa gəlinən ikinci məqam barədə konkret heç nə deyilməsə də, “altılıq”ın sanksiyalar məsələsində güzəştə getdiyi təxmin olunur. İranın sanksiyalara xüsusi həssaslıqla yanaşdığını nəzərə alsaq, müzakirələrin yekununda embarqoların ləğvi müqabilində nüvə çalışmalarını müəyyən çərçivə və müddətə məhdudlaşdırmaq prinsipinin qəbul olunduğunu təxmin etmək mümkündür. Bu isə qonşu dövlətin neft hasilatını ən azı 2 dəfə artırmasına və iqtisadi cəhətdən daha çox güclənməsinə gətirib çıxaracaq.