XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2017 - 14:17

Bakı Ali Neft Məktəbində tələbələrin beşinci elmi-texniki konfransı başa çatıb

Bakı Ali Neft Məktəbində (BANM) mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tələbələrin beşinci elmi-texniki konfransı başa çatıb.

Konfransın bağlanış mərasimində BANM-in rəhbərliyi, müəllimlər, BP, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton transmilli şirkətlərinin nümayəndələri iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov konfransı yüksək səviyyədə təşkil edən Təşkilat Komitəsinə, müəllimlərə və elmi işlərə maraqla yanaşan bütün iştirakçılara təşəkkürünü çatdırıb. O, müəllimlərin tələbələrin yetişdirilməsində böyük əmək sərf etdiklərini söyləyib, tələbələrə uğurlar arzulayıb. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran rektor rəhbərlik etdiyi ali məktəbdə bu sahələrin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Beynəlxalq şirkətlərin nümayəndələri tədbirin təşkilinə və elmin inkişafına verilən töhfələrə görə BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Konfransda maraqlı məruzələrlə çıxış edən iştirakçılara BANM-in müxtəlif dərəcəli diplomları və SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərinin həvəsləndirici mükafatları təqdim edilib.

Ümumilikdə, on iki tələbə müxtəlif dərəcəli diplom və həvəsləndirici mükafatlara layiq görülüb.