XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 16:02

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

 

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi vaxt açıqlanıb.

 Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri əvəzi Eşqi Bağırov APA-ya bildirib ki, müsabiqənin iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, ilkin mərhələdə müəllimlərin yerdəyişməsi həyata keçiriləcək. Ötən il iyun ayının əvvəlində yerdəyişmə üzrə sənəd qəbulunun aparıldığını xatırladan Eşqi Bağırov qeyd edib ki, iyunun ikinci yarısında imtahanlar aparılıb: “Bu il də yerdəyişmə prosesi eyni vaxtda təşkil olunacaq. Hazırda müəllimlərin işə qəbulu üzrə yeni qaydaların təsdiqi gözlənilir. Bu qaydalar təsdiq ediləndən sonra vakant yerlər toplanacaq və müəllimlərin işə qəbulu üzrə elan veriləcək”.