XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2017 - 16:40

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstana səfərə gedib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərə gəlib.

Batumi hava limanında qonağı Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Lasa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Naxçıvan və Acarıstan muxtar respublikaları arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.