XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2017 - 20:35

Milli Məclisin plenar iclasınıngündəliyi məlum olub

Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

“Report”un xəbərinə görə, iclasda Şəhərsalma və Tikinti Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Pasportlar haqqında”, “Telekommunikasiya haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə olunacaq.

Bundan başqa, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Bələdiyyə üzvlərinin etik davranış qaydası haqqında” qanun layihələri ikinci oxunuşda, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi isə ilk oxunuşda müzakirəyə çıxarılacaq.