XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 09:33

Yağışlı və küləkli hava olacaq – Sabahın hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 11-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlədə yağış yağacağı gözlənilir, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 10-15 dərəcə, dağlıq rayonlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Noyabrın 7-9-da Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yardan bilər.