XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 10:07

İSESKO-nun baş direktoru:"Azərbaycanda azad ticarət zonasının yaradılması bütün dünyadan investor axını cəlb edəcək"

"Azərbaycanda azad ticarət zonasının yaradılması bütün dünyadan investor axını cəlb edəcək".

Bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri deyib.

"Bu, çox güclü təşəbbüsdür. İstənilən ölkədə azad ticarət zonası ticarətin məhdudiyyətlər və yüksək dərəcəli vergilər olmadan həyata keçirildiyi yerdir. Bu təşəbbüs bütün dünyadan investor axını təmin edəcək. Onlar zavod-fabriklər tikəcək, şirkətlər yaradacaq, yeni iş yerləri təmin edəcəklər. Təbii ki, bütün bunlar da ölkə iqtisadiyyatını zənginləşdirəcək. Azərbaycanın siyasəti hər zaman açıq olub və heç vaxt yeganə doğru metod və ya ideologiya ilə məhdudlaşdırılmayıb. Burada məhsuldar əməkdaşlığa can atan canlı, iqtisadi proses izləyirik", – deyə Əl-Tüveycri bildirib. (Report)