XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 10:53

Qaxda güclü leysan yağışları:bir neçə kəndə zərər dəyib

Mayın 5-dən 6-na keçən gecə Qax rayonu ərazisinə yağan güclü leysan yağışları Qapıçay çayını məcrasından çıxarıb.

Rayon fövqəladə hallar komissiyasından Azərtac-a bildiriblər ki, təbii fəlakət nəticəsində Marsan və Çüdülü kəndlərində bəzi evlərin həyətlərini su basıb, əkin sahələri su altında qalıb.

Hazırda rayon fövqəladə hallar komissiyası və aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.