XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 10:46

Bakı – Nyu-York – Bakı aviareysi ilə bağlı yenilik

azal.jpg

Sabahdan etibarən “Azərbaycan Hava Yolları”-nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək. Bu barədə “Marja”ya AZAL-dan bildirilib.

AZAL-ın məlumatında qeyd olunur ki, “Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Bu reysin sərnişinlərinə 3 xidmət sinifi – Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq. 
 

Bu siniflərdə qiymətlər bir-birindən dəfələrlə fərqlənir. Belə ki, Bakıdan Nyu-Yorka gediş gəliş qiyməti Ekonom sinfi üzrə 700 manat, Biznes sinfi üzrə 1942 manat, Lüks sinfi üzrə isə 2972 manat ətrafındadır.

“Azərbaycan Hava Yolları”-nın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirmişdir və bu xəttin istismarı üçün bütün zəruri icazələri almışdı.

Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.