XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 12:58

Səsvermədən sonra MSK-ya 16 şikayət daxil olub

MSK_300.jpg

Trend-in məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 54 sayı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini iddia edərək MSK-ya şikayət edib: “MSK şikayətin DSK-ya göndərilməsi barədə qərar verib”.

Həmçinin 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zaur Hacıyevin şikayətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov deyib ki, şikayətdə bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyi yazılsa da, məntəqələr konkret göstərilməyib. Z.Həsənovla telefon əlaqəsi zamanı məlum olub ki, o, MSK-dan, ümumiyyətlə, 107 saylı Qazax seçki dairəsi ilə bağlı araşdırma aparılmasını və seçkinin nəticələrinin ləğv olunmasını istəyib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, şikayət DSK ilə bağlı olduğu üçün MSK məsələyə baxa bilər: “Şikayətdə hansı iddialar varsa, o da araşdırılmalıdır. Əslində telefonla verilən şifahi məlumatların araşdırılması düzgün deyil, çünki şəxs şifahi şəkildə dilə gətirdiyi iddiadan imtina da edə bilər”.

MSK şikayətə baxıb və şikayətin əsassız olduğu barədə qərar qəbul edilib.

İclasda M.Pənahov bildirib ki, səsvermədən sonra indiyə qədər MSK-ya 16 şikayət daxil olub.