XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 05:41

Keniyada 147 insan islamçıların hücumunun qurbanı olub

“Əş-Şəbab” şəriət qanunları ilə yaşayan cəmiyyət yaratmaq niyətindədir

Keniya şəhəri Qarissada terrorçuların universitet yataqxanasına hücumu nətcəsində ölənlərin sayı 147-yə çatıb, 79 nəfər yaralanıb. Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, Keniyanın dövlət strukturları universitetdə xüsusi əməliyyatı başa çatdırıb, dörd terrorçunun hamısı məhv edilib. Binadan 587 nəfər köçürülüb.

Terrorçuların hücumu dünən səhər baş verib. “Əş-Şəbab” qruplaşmasının döyüşçüləri Somali sərhədindən 150 km məsafədə yerləşən Qarissa şəhərində universtet binasını hədəf seçiblər. Binada 400-ə yaxın tələbə var idi. Onların 70-ə qədəri xilas ola bilib. Məlumata görə, terrorçular müsəlmanları qeyri-müsəlmanlardan seçiblər.

Yerli polisin məlumatına görə, teraktı Keniya vətəndaşı, yerli məktəbin keçmiş müəllimi və direktoru, “Şeyx Muhəmməd, Dulyadin və Hamadərə” ləqəblərilə tanınmış Muhəmməd Kuno təşkil edib. Onun tutulmasına görə 55 min dollar mükafat təyin olunub.

“Əş-Şəbab”-ı 2004-cü ildə yaradılmış “İslam məhkəmələri birliyi”nin varisi adlandırırlar. Təşkilat şəriət qanunları ilə yaşayan cəmiyyət yaratmağı qarşısna məqsəd qoyub və buna cihad yolu ilə nail olmağı planlaşdırır.