XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 14:24

“AGBank”ın mənfəəti azalıb

Agbank.jpg

“AGBank” ASC  “Fitch Ratings” agentliyinin bankın reytinqini aşağı salması barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov deyib ki, devalvasiyanın nəticəsi olaraq bankın mənfəət göstəriciləri nisbətən pisləşib.

“Həqiqətən, devalvasiyanın nəticəsi olaraq bankın mənfəət göstəriciləri nisbətən pisləşib və bu  faktor bankın ümumi kapitalına təsir göstərməmiş olmadı. Yaranmış vəziyyəti nəzərə alaraq cari ilin 18 sentyabr tarixində “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı təşkil olunub və burada bankın nizamnamə kapitalının mərhələli şəkildə 10 000 000 manat artırılması qərara alınıb. Bu proses artıq həyata keçirilməyə başlayıb və növbəti ilin əvvəlində bankın məcmu kapitalı qəbul edilmiş normativlərə uyğunlaşacaq. Eyni zamanda, onu da vurğulamaq istərdim ki, “AGBank”ın cari ilin sonuna qədər gözlənilən mənfəəti məcmu kapitala yönəldiləcək”,- deyə Ə.Cəlilov vurğulayıb.