XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2017 - 20:20

Somalidə “Əş-Şəbab” qruplaşmasının lideriməhv edilib

Somalidə “Əş-Şəbab” terror qruplaşmasının lideri Abdi Badip məhv edilib.

Bu barədə Somali hökumətinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, Abdi Badip ölkənin cənubunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. Onun birgə terror qruplaşmasının daha 3 üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı bir ABŞ hərbçisinin həlak olduğu bildirilir.

Qeyd edək ki,  Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. (APA)