XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 21:03

ADR Hərəkatı: “Seçkilər yenidən keçirilsin”

Azərbaycan Demokratiya və Rifah  Hərəkatı son parlament seçkiləriylə bağlı bəyanat verib. Bəyanatı Strateq.az oxucularına təqdim edirik:

 

 

Azərbaycan Demokratiya və Rifah  Hərəkatının

01 noyabr  2015-ci  ildə keçirlmiş parlament  seçkisinin nəticələrinə dair bəyanatı

 

Bakı şəhəri                                               06 noyabr 2015-ci il

 

Azərbaycan Demokratiya və Rifah (ADR)  Hərəkatı  01 noyabr  2015-ci  ildə keçirlmiş parlament  seçkisinə hazırlıq dövründə və seçki günü  yerli  müşahidəçilərin və hərəkat üzvlərinin apardığı müşahidələrinin  nəticələrinə əsasən təəssüf hissi ilə  bildirir ki,  bu seçki iştirakçılıq səviyyəsinin aşağı olması, seçki qabağı təbliğat dövründə  ictimai təmas imkanlarının məhdudlaşdırılması, seçkilərə kobud müdaxilə və kütləvi saxtakarlıq halları ilə yadda qaldı.  ADR Hərəkatı hesab edir ki, Azərbaycan hakimiyyəti azad və ədalətli seçkinin kecirilməsi ücün vacib  olan rəqabətli  mühiti, zəruri siyasi şəraiti  təmin etməmiş, eləcə də   bu seçkinin demokratik şəraitdə baş tutması baxımından zəruri islahatları həyata keçirməmiş, seçki qanunvericiliynin təkmilləşdirilməsi  və  siyasi məhbusların azad edilməsi yönündə siyasi iradə nümayiş etdirməmişdir.

     Seçki dövründə siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları və ictimai hərəkatlar üçün hüquqi-siyasi mühit daha da ağırlaşdırılıb,  seçkiqabağı təşviqat dövründə siyasi fəaliyyət və siyasi müzakirələr üçün münasib şərait təmin edilmədiyindən seçicilərin ictimai-siaysi proseslərdə iştirakı, o cümlədən namizədlərlə ünsiyyət imkanları  məhdud olmuşdur. Bu dövrdə demokratik seçki mühiti üçün vacib olan namizədlərə pulsiuz  tele-efir vaxtının verilməsi də  hakimiyyət tərəfindən  təmin edilməmişdir.

     Seçki günü əksər seçki məntqələrində müşahidə olunan bir şəxsin bir neçə dəfə səs verməsi, bir qrup şəxsin karusel şəklində məntəqələrə  aparılması,  adı seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakına şərait yaradılması, əvvəlcədən işarələnmiş seçki bülletenlərindən istifadənin  geniş yayılması azad və müstəqil seçim prinsipini pozmuşdur. Beləliklə də, əksər  dairələrdə  seçkinin nəticələri seçicilərin iradəsindən kənar formalaşdırılmışdır.

ADR Hərəkatı  hesab edir ki, son parlament seçkisi Azərbaycanın inkişafı üçün vacib olan instituta ictimai inamın itirilməsini daha da dərinləşdirməklə  cəmiyyətdə  sabitliyin və təhlükəsizliyin təminatçısı olan demokratik təsisatların sıradan çıxarılmasına gətirib çıxarıb.  Odur ki, ADR hərəkatı  Azərbaycan hakimiyyəti tərəfindən siyasi plüralizmə, qanunun aliliyinə və vətəndaşların idarəetmədə siyasi iştirak haqlarına hörmət göstərilməsini vacib hesab edərək, son parlament  seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı hüquqi  müstəvidə araşdırmalar aparılmasını, təqsirkarların ciddi şəkildə cəzalandırılmasını və yenidən seçki keçirilməsini tələb edir,   təcili olaraq   demokratik institutların təşəkkülünə və  siyasi azadlqılara təminat verən islahatlara başlanılmasını vacib sayır.