XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2017 - 10:58

Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır

Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir.

 Bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir.  Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir.

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq. (APA)