XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 12:37

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə  15-17° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 752 mm civə sütunundan 756  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz  27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.