XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

07 Noyabr 2015 - 08:52

Ermənilərin elə öz qaynaqlarında ifşa olunan cinayətləri

Ermənişünas alim, siyasi elmlər üzrə fəlsəfə doktoru  Qafar çaxmaqlı Mehdiyevin yeni kitabı işıq üzü görüb. Bu barədə Strateq.az-a Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının mətbuat xidmətindən məlumat verilib.

Kitab ermənilərin törətdikləri vəhşilikləri onların öz dilindən çatdırır. Ermənilərin uzun illər boyu birgə yaşadıqları xalqlara qənim kəsilməsi və Cənubi Qafqazda və Şərqi Anadoluda misilsiz cinayətlər törətməsi onların özlərinin  müəllifləri olduqları bir çox sənədlərdə, qəzet materiallarında, kitablarda və yazışmalarda öz əksini tapıb.

Müəllif həmin faktlardan yararlanaraq ermənicə olan sənədləri toplayıb. Törədilən vəhşiliklər, qətliamlar, soyqırımlar  sənədlər şəklində ermənilərin öz dillərində, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və başqa bir çox ölkələrin  arxivlərindən toplanaraq tərcümə edilib və oxuculara onun bir hissəsi çatdırılıb. Kitab  bu seriyadan olan  sənədlər toplusunun birinci hissəsidir.

Qafar çaxmaqlı kitaba yazdığı ön sözdə qeyd edir ki, bu sənədlərin böyük bir hissəsi ermənicədir, onu əldə etməkdə müəyyən çətinliklərlə üzləşib. Ermənilər həmin sənədləri hər vəchlə ictimaiyyətdən gizlətməyə çalışıblar, onların bir çoxu indiyədək  aşkar edilməyib, tədqiq olunmayıb. Bu kitabda onların yalnız bir hissəsinin oxuculara çatdırıldığını deyən müəllif gələcəkdə bu işin davam etdiriləcəyini bildirib: “Ermənicə sənədlərin toplanması və kitablaşdırılaraq yayılması çox vacibdir. Bu, müasir dövrdə Ermənistanla ideoloji mübarizədə haqqlı olduğumuzu müdafiə etmək baxımından  son dərəcə əhəmiyyətlidir  və əlimizdə hər zaman  üstün arqument olacaq. Tədqiq edilən dövrdə fəaliyyətdə olan erməni  siyasi və terror təşkilatları, xüsusən  Erməni İnqilabçı Federasiyası–Daşnaksütyun, Hnçak və b. qurumlar çalışırdılar ki, Şərqi Anadolunun, Kilikiyanın və Qafqazın bir çox bölgələrində ermənilərin say üstünlüyünə nail olsunlar və həmin ərazilərdə “erməni muxtariyyəti”, “erməni dövləti” qurmaq mümkün olsun.  

Məsələn, Azərbaycanın Zəngəzur bölgəsində törədilən qırğınların məqsədinin nədən ibarət olması o vaxt erməni irqçiləri və hökumət nümayəndələrinin bir- biri  ilə olan yazışmalarında, Ermənistana buradan göndərilən raportlarda öz əksini tapıb.  Kitabda ermənicə olan bu sənədlərin tərcüməsi verilıb. İmkan daxilində  bu sənədlər orijinal şəklini saxlamağa çalışılıb.  Məsələn, Garegin Njdenin “Zəngəzurdan məktublar”ı bu məkrli məramı ortaya qoyan önəmli bəlgələrdir.  Bu sənədlərdə Zəngəzurun və digər Azərbaycan ərazilərinin yerli sakinlərinin öz dədə- baba yurdlarından çıxarılması üçün qeri-insani hərəkətlərə, vəhşiliklərə yol verilməsinin qəsdən və məqsədli şəkildə  edildiyi üzə çıxır.
Belə  erməni “planlarının”  məhz erməni dilində  aşkarlanması, araşdırılması və diqqət mərkəzinə gətirilməsinin bu gün çox böyük  elmi önəmi var.  Dünya bu cinayətlərin ermənilərin öz dilində olduğunun fərqinə varmalı və ona qiymət verməlidir”.

Qeyd edək ki, yeni kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasında hazırlanıb.    “Ermənicə  qaynaqlarda erməni  cinayətləri” adlı kitab   Türkiyə türkçəsi və digər dillərə də tərcümə olunaraq nəşr ediləcək.