XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2017 - 12:02

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Mayın 10-da Bakı  və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  14-16° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.