Naxçıvanda faciəvi hadisə baş verib.
APA-nın məlumatına görə, noyabrın 5-də Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan Fərrux Mahmudov oğlu Əlövsətlə birlikdə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb.
Noyabrın 6-da Arpaçayın çəmənli kəndinin ərazisindən keçən hissəsində Fərrux və Əlövsət Mahmudovların meyitləri traktorun içərisində tapılıb. Onlar çayda boğulublar.
Faktla bağlı araşdırma aparılır.