XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2017 - 13:41

Belarusdan Azərbaycana böyük nümayəndə heyəti gələcək –İslamiada

IV İslam Həmrəyliyi Oyunlarının açılışı ilə əlaqədar Belarusdan Azərbaycana böyük nümayəndə heyəti gələcək.

Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

Səfir deyib ki, Azərbaycanın beynəlxalq yarışlar keçirmək təcrübəsini öyrənmək üçün müxtəlif nazirlik və idarələrin nümayəndələri Bakıya gələcək.

"Belarus II Avropa oyunlarına ev sahibliyi edəcək. Biz Azərbaycanda yaranan bu gözəl ənənəni davam etdirmək istəyirik. Bu təcrübəni öyrənmək üçün Minsk şəhər Administrasiyasının rəhbərliyi, İdman, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinin rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək", – deyə diplomat vurğulayıb.

APA