XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2017 - 15:18

Tillersonla Çavuşoğlu arasında telefon danışığı olub –Ərdoğanın səfəri və Suriya müzakirəsi

ABŞ Dövlət katibi Reks Tillersonla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Diplomatik qaynaqlar əlaqənin türk tərəfinin insiativi ilə yaradıldığını bildirib.

Tərəflər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15-16 mayda ABŞ-a baş tutacaq səfəri ilə bağlı müzakirə aparılıb.

Rəsmilər həmçinin Suriyadakı son durum və Astana danışıqları ilə bağlı fikirlərini bölüşüblər/Axar.az.